Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələ bilər

17:31 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstan MOİK klubu ilə bağlı intizam işi açıb.

Hafta.az xəbər verir ki, buna UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Derri Siti" ilə cavab oyunundan sonra azarkeşlərin davranışı səbəb olub.

Məsələ ilə bağlı yekun qərar qəbul edilənədək UEFA Bolqarıstan təmsilçisinin avrokuboklarda növbəti səfər oyunu üçün qonaq sektoruna bilet satışının həyata keçirilməməsini tövsiyə edib.

MOİK rəhbərliyi isə azarkeşlərin qarşıdakı görüşdə iştirakını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcəyini açıqlayıb.

Bununla yanaşı, klub matç zamanı qeydə alınan aqressiv davranış, xuliqanlıq və digər nalayiq hərəkətləri qətiyyətlə pisləyib. Klub azarkeşlərini gələcək qarşılaşmalarda ictimai asayişi pozan, eləcə də irqçi və ayrı-seçkilik xarakterli davranışlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, “Qarabağ”la MOİK arasında oyunlar iyulun 23-ü və 30-da keçiriləcək.