Azərbaycan klubu futbolçusu ilə müqaviləni yeniləyib

12:27 03.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “Karvan-Yevlax” komandası futbolçusu İbrahim Qədirzadə ilə müqavilənin müddətini uzadıb.

Klubdan Hafta.az-a verilən məlumata görə, yarımmüdafiəçi ilə 1 illik yeni anlaşma imzalanıb.

İ. Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.