Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib

15:01 22.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a verilən məlumata görə, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.

Qeyd edək ki, gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq.