Azərbaycan minifutbol millisi dünya çempionatında 1/8 finala vəsiqə qazanıb

20:55 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Hafta.az xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.