Azərbaycan MN Qarabağda yerləşən Ermənistan SQ birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırır

21:39 19.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə bildirib.

“Həmçinin, ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”, - deyə Anar Eyvazov əlavə edib.