Azərbaycan neft məhsullarını Ermənistana ixrac edəcək

15:48 08.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranziti üçün gömrük rüsumu almayacaq.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb:

"Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Azərbaycandan Ermənistana yanacağın Gürcüstan ərazisindən keçməklə birdəfəlik tranzitinə dair sorğu alıb".

Baş nazir İrakli Kobaxidze “Gürcüstan Dəmir Yolları” QSC-yə yüklərin dərhal pulsuz daşınmasını tapşırıb. Bu qərarla bağlı rəsmilərə məlumat verilib.