"Neftçi" Varqası birdəfəlik transfer etdi

16:46 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transferinə birdəfəlik yiyələnib.

Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.