Yazını böyüt
Yazını kiçilt
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 23-də 86,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.
Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 85,49 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur.