Azərbaycan nefti ucuzlaşıb

11:25 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 97,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 95,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,43 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.