Azərbaycan nefti ucuzlaşıb

11:51 17.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 94,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,58 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel azdır.