Azərbaycan Ordusunun atəş açması yalandır - MN

13:20 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.

Oxunma sayı 260