Azərbaycan Ordusunun tank bölmələrinin döyüş vərdişləri təkmilləşdirilir - VİDEO

13:42 23.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Hafta.az MN-ə istinadən xəbər verir ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.


Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Siyasət rubrikasından digər xəbərlər