Azərbaycan öz ərazisindən qonşu dövlətlərə qarşı istifadə olunmasına imkan vermir - Politoloq

13:06 01.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranın silahlı qüvvələri, xüsusilə də SEPAH mütəmadi olaraq Azərbaycana qarşı yersiz fikirlər səsləndirir. Bu fikirlərin və münasibətin əsasında isə Azərbaycanla İsrail arasında münasibətlərin daha da intensivləşməsi dayanır.

Bu fikirləri hafta.az-a politoloq Amid Əliyev deyib. Onun sözlərinə görə, bir neçə məqama xüsusilə toxunmaq məqsədəuyğundur:

"1. Azərbaycan İranla münasibətlərin ən üst həddə qurulmasına və qarşılıqlı əməkdaşlığa xüsusi fikir verir. Bunula bağlı, Azərbaycan bölgə üzrə 3+3 əməkdaşlıq platforması daxilində bu məsələni daha da təşviq edir.

2.İranın Azərbaycanda, xüsusilə də azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə Azərbaycan tərəfindən rəsmi dəstək verilib. Hətta, Ermənistanı təzyiq altında saxlamaq məqsədilə Zəngəzur dəhlizinə paralel yeni yolun çəkilməsi də məhz İran ərazisindən mümkün oldu.

3. İranın hakim dairələri, xüsusilə də dini seqmenti daima Azərbaycanı təhdidedici çıxışlar və informativ videolarla hədələməyə və ya xəbərdarlıq etməyə çalışır. Son günlər İranının dini radikalları tərəfindən ruhlandırılan bəzi şəxslər də bu atəşə odun olmaq rolunda çıxış etməyə başlayıblar.

Azərbaycanda dini radikalizm əsasında islahatların keçirilməsi yolu ilə hakimiyyətə təzyiq xülyasında olanların fikirləri həmişə olduğu kimi bu dəfə də puç oldu.

4. İranla Azərbaycan arasında Aşqabadda ikitərəfli və regional əməkdaşlıq müzakirə olunub, yeni imkanlar dəyərləndirilib.

5. Azərbaycanın bölgədə artan nüfuzu və müstəqil xarici siyasəti.

6. Zəngəzur dəhlizinin açılması və İranın Fars körfəzi-Qara dəniz marşrutunun əhəmiyyətini itirməsi.
İsrail ilə Azərbaycan arasında münasibətlərin daha da intensivləşməsi və xüsusilə Qarabağda, Zəngilanda İsrail iş adamlarının iştirakı İranın dini radikallarını şox narahat edir. Buna cavab olaraq, İranın dini hakimiyyətinin nümayəndəsi Azərbaycana qarşı bu ifadələri işlədərək, İrana qarşı ciddi təhlükənin məhz şimal hissədə olması fikrini rellıqla eyniləşdirmək istəyir. Bu fikirlər kökündən yanlışdır. Çünki, Azərbaycan heç zaman öz ərazisindən qonşu dövlətlərə qarşı poliqon kimi istifadə olunmasına yol verməyib.

Azərbaycan qonşuları ilə sərhədlərin tanınması, suveren əraziyə hörmət, daxili işlərə qarışmamaq xəttini xarici siyasətdə daima üstün prinsip kimi tətbiq edib. İndiki zamanda belə bəyanatın verilməsi İranın daxili siyasi vəziyyətinə hesablanıb və belə münasibətin göstərilməsi əvəzinə bölgədə sülhün və əməkdaşlığın təşviqi üzrə səy göstərmək daha yaxşı olardı.

Qeyd olunanların nəticəsi olaraq onu demək olar ki, bu bəyanatlar ənənəvi olaraq ancaq bəyanat xarakteri daşıyır və Azərbaycana qarşı hansısa müstəvidə real təhlükə yaratmaq qüvvəsinə malik deyildir".

Oxunma sayı 163
Siyasət rubrikasından digər xəbərlər