Dünyada baş verən və sürətli şəkildə dəyişməkdə olan geosiyasi şəraitin qorunub saxlanılmasında, sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində, həmçinin iqtisadi inkişafın dəstəklənməsi, ictimai-siyasi tarazlığın qorunması və təhlükəsizliyinin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyü hər kəsə məlumdur. Bu sahədə inkişaf edən beynəlxalq yəşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır ki, (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzu artaraq, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan təşkilat kimi öz fəaliyyətini genişləndirmişdir.
Ölkə rəhbərliyinin başçılığı ilə, 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycanın nümayəndə heyəti də iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan və Ermənistan arasında olan münaqişədən sonra, hər iki ölkənin suverenliyini və qarşılıqlı ərazi bütövlüyünün tanınması istiqamətində beş əsas prinsipə əsaslanan sülh müqaviləsinin təqdim edildiyini bildirmişdir. Lakin buna baxmayaraq Ermənistan tərəf son iki aya yaxın müddət ərzində təxribatlar yaradaraq yenidən iki ölkə arasında münaqişə yaratmaq iqtidarında olduğunu vurğulayaraq, sonuncu Sentyabr ayının 13-də isə edilən təxribatın ən genişmiqyaslını törədərək yenidən müharibəyə cəhd etmişdir. Buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi adekvat cavab verərək törədilən təxribatın qarşısını uğurla almışdır. Edilən təxribatlar Azərbaycan və Ermənistan arasında normallaşmaq istiqamətində olan prosesi ləngitməklə yanaşı, eyni zamanda sülh gündəliyinə uyğun olan münasibəti uçuruma aparmaqdadır. Bunun isə birmənalı məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməkdədir. Onlar anlamalıdır ki, regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasında başlıca amili Azərbaycan ilə sülh masası arxasında əyləşməkdir. Belə olduğu təqdirdə, Ermənistanın gələcəkdə iflasa uğramış və məhv olmaqda olan ölkəsini də xilas etmiş olacaqdır.
Qarabağ Azərbaycandır!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı