Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası BAŞLAYIB

14:22 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclası keçirilir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Görüşdən əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Mərasimdə hökumətlərarası komissiyanın Rusiya hissəsinin həmsədri, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov iştirak ediblər. /AZƏRTAC/