“Azərbaycan səfirliyi ziyan görən yeganə diplomatik mərkəz deyil” – Valentin Hayday

13:50 18.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın paytaxt Kiyevə zərbələri dəfələrlə diplomatik dairələrə ziyan vurub və ümumilikidə, şəhərdəki xarici səfirliklərin təhlükəsizliyi həssas olaraq qalır. Azərbaycan səfirliyi ziyan görən yeganə diplomatik mərkəz deyil: Polşa səfirliyinin və Almaniya konsulluğunun binaları (2022-ci ildən bəri), eləcə də Portuqaliya, Argentina, Rumıniya, Cənubi Koreya və digər ölkələrin səfirliklərinin binaları da zədələnib. Bu hadisələr problemin sistemli olduğunu və yalnız təcrid olunmuş hadisələrlə məhdudlaşmadığını göstərir”.

Hafta.az-ın yazdığına görə, bunu ukraynalı politoloq, Intermarium İnstitutunun direktoru Valentin Hayday Hafta.az-a eksklüziv müsahibəsində deyib.

Müsahib deyib ki, Rusiya rəsmi olaraq bu cür halları qəsdən törədilmiş hücumlar kimi qəbul etmir. Lakin onlar "təsadüfi" olsalar belə, Moskvanın Kiyevdə onlarla səfirliyin sıx yerləşdiyini yaxşı bilir. Amma diplomatik obyektlərə əlavə ziyan vurma ehtimalının son dərəcə yüksək olduğu ərazilərə zərbələr endirməyə davam etdiyi aydındır. Bu, hədəf hücumlarından daha çox beynəlxalq normalara tamamilə məhəl qoymamağı göstərir.

“Ukrayna da öz növbəsində çoxqatlı hava hücumundan müdafiəni gücləndirir, xəbərdarlıq sistemi hazırlayır və diplomatik nümayəndəliklərlə qarşılıqlı əlaqə protokollarını yeniləyir. Bəzi binalar möhkəmləndirilir, səfirliklər təhlükəsizlik və sığınacaq tənzimləmələri ilə bağlı tövsiyələr alır. Riskləri tamamilə aradan qaldırmaq mümkün deyil, lakin Ukrayna hökuməti tədricən müdafiə səviyyəsini artırır və davam edən müharibə fonunda mümkün olan hər şeyi edir”, - cənab Hayday deyib.