“Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb” - ÜST nümayəndəsi

21:47 15.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan vaksinasiya prosesinə uğurla başlayıb”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin vaksinasiyasına başlanılıb və 80 mindən çoxu peyvənd olunub:

“Mən də vaksinasiyadan keçmişəm, özümü yaxşı hiss edirəm”.