Azərbaycan xalqı sülhməramlıların hazırkı vaxtda regiona gəlişinə qarşıdır - Politoloq  

14:23 21.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Cənab Prezident hər dəfə olduğu kimi, yenə də dünya arenasına, Qərb mətbuatına, elə ondan müsahibə alan Rusiya jurnalistinə çatdırdı ki, bu müharibənin başlanmasına səbəb Ermənistanın hazırkı rəhbərliyi, birbaşa Paşinyanın özüdür”.

Bunu hafta.az-a politoloq Şəhriyar İmanbəyli Prezident İlham Əliyevin TASS agentliyinə verdiyi müsahibəsində Azərbaycana qarşı yönələn təsirlərə qarşı sərgilədiyi qəti, açıq mövqeyi ilə bağlı diqqətçəkən məqamlarla bağlı bildirib.

“Cənab Prezident müsahibəsində bildirdi ki, indiki baş nazir də çıxıb “Qarabağ Ermənistandır”,  - deməklə bütün danışıqların üstündən xətt çəkdi. Azərbaycan buna səssiz qala bilməzdi və qalmadı. Prezident həmin müsahibəsində sülhməramlıların regiona gətirilməsi ilə bağlı məsələyə açıq münasibət bildirərək, sülhməramlıların bölgəyə gəlməsi ilə bağlı verilən qərarın ATƏT-in Minsk Qrupuna aid olduğunu dedi. Eyni zamanda, Azərbaycan və Ermənistan həmin üçlüyün seçmiş olduğu sülhməramlı qüvvələrə veto da qoya bilər, qəbul da edə bilər. Yəni Minsk Qrupu istədiyi sülhməramlılarla gəlib bölgədə yerləşəcək”, - deyə bir şey yoxdur. Təbii ki, bu gün Azərbaycan Ordusu irəliləyir, ərazilərini işğaldan azad edir. Azərbaycan qan tökülməsinə qarşıdır və prosesi sülh yolu ilə həll etməyə çalışır”.

Politoloq bildirib ki, Paşinyanın Qarabağın “müstəqilliyinin” tanınması şərti ilə çıxış etməsi işğaldan əl çəkməyəcəyinin göstəricisidir.  Ona görə də belə bir düşmənlə danşıq yolu ilə sülhə nail olmayacağımız açıq görünür:

“Ermənistanla danışıqların mənasız olduğunu biz Moskva görüşündən sonra gördük. On bir saatlıq görüşdə “humanitar atəşkəs” əldə olunsa da, üstündən 2 saat keçməmiş Ermənistan Gəncəni raket atəşinə tutdu. Mülki əhaliyə qarşı yatdığı yerdə soyqırım törətdi. Ermənistan bundan sonra Bərdəni, Mingəçeviri, Beyləqanı, növbəti dəfə Gəncəni atəşə tutdular. Bütün bunlar göstərir ki, Ermənistan üçün heç bir sözün qiyməti, dəyəri yoxdur. Onların məqsədi Azərbaycan torpaqlarını Ermənistana birləşdirməkdir. Təbii ki, Ali Baş Komandan, Azərbaycan xalqı heç vaxt bununla razılaşa bilməz. Biz bu torpaq uğrunda şəhidlər veririk, mülki əhalimiz ölür, yaralılarımız var. Buna səssiz qalmaq olmaz, hər kəs öz haqqı uğrunda savaşacaq. Minsk Qrupuna gəlincə, bu qurum ölü qurumdur, çünki bu günədək heç nə etməyib və bundan sonra da etməyəcək”.

Politoloq bildirir ki, xalq sülhməramlıların hazırkı vaxtda regiona gəlişinə qarşıdır, çünki belə hesab olunur ki, əgər Azərbaycan qan tökərək torpaqlarını azad edirsə, bundan sonra hansısa sülhməramlılar gəlib bizim təhlükəsizliyimizi qoruya bilməz.

Rusiyanın bu məsələdə tələskənliyinə gəlincə, Ş.İmanquliyev bu işdə Prezidentin TASS müxbirinə verdiyi müsahibəsində səsləndirdiyi məqamlara diqqət çəkməklə təhlil edib. O bildirib ki, Prezident Ermənistanın əldə etdiyi silahların qeyri-qanuni olduğunu qeyd edərək, bu silahların Rusiyadan erməniəsilli iş adamları və Rusiyadakı bəzi silah alverçiləri tərəfindən Ermənistana göndərildiyinə təəssüf edir:

“Artıq Azərbaycan Ermənistanın haradan silahlandırıldığını bilir. Hansı ki, həmin silahlarla Gəncədə onlarca insanın həyatına son qoyuldu. Bu mövzuda cənab Prezidentin mövqeyi açıqdır. Nə olursa-olsun, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək.  Bütün xalq da Azərbaycanın zəfər çalacağına inanır.

Həmin o dövlətlər sülhməramlılardan danışırlar ki, onlar Azərbaycana qarşı törədilən işğal, terrorla bağlı Ermənistana heç bir sanksiya tətbiq etməyiblər və əksinə, Ermənistanı vəziyyətdən çıxarmağa çalışırlar”.

 

Oxunma sayı 132
Siyasət rubrikasından digər xəbərlər