Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinə cavab verib

11:54 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan prezidenti Rusiyanın "RBK" telekanalına müsahibəsində faktları saxtalaşdırıb.

Hafta.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, erməni prezidenti Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:

"Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanı 1 milyondan çox erməni tərk edib. Fakt isə ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş siyahıyaalmaya əsasən, Azərbaycanda 390 505 erməni yaşayıb".