Azərbaycan XİN Pakistanı təbrik edib

19:30 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik günü münasibətilə təbrik edib.

Hafta.az-ın xəbərinə görə, XİN bu barədə "Twitter"də paylaşım edib.

"Pakistan İslam Respublikasının Müstəqillik günü münasibətilə qardaş Pakistan xalqına və Pakistan hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq", - XİN-in məlumatında deyilir.