Azərbaycan yanğınsöndürənlərinin bayraq sevgisi - TÜRK BAYRAQLARINI YANMAĞA QOYMADILAR - FOTO

17:42 03.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində çıxan meşə yanğınları ilə mübarizədə ön sıralarda olan Azərbaycan yanğınsöndürənlərinin Türkiyə bayrağına olan sevgisi və hörməti türk mətbuatının diqqətindən qaçmayıb. 

Hafta.az Türkiyənin "Hüriyyət" qəzetinə istinadla bildirir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərli şəxsi heyəti bölgədə yanğınların qarşısının alınmasına dəstək verir. 

"Onlar alovlarla mübarizəsinə görə həm türkiyəli məsləkdaşlarından, həm də türk xalqından böyük təqdir görür. Hisarönü Məhəlləsindəki yanğının söndürülməsində iştirak edən Azərbaycan yanğınsöndürənlərinin evlərdəki asılı türk bayraqlarına bağlılıqları xüsusi diqqət çəkib. Onları tək-tək toplayaraq qoruyublar. Azərbaycan yanğınsöndürənlərinin qrup rəhbərlərindən olan Kamil Dünyamaliyev, AA müxbirinə Türkiyəni çox sevdiyini söyləyib" - Reportajda deyilir. 

"Ev yanırdı, içəri baxdım heç kim yox idi. Türk bayrağını gördüm və aldım" - deyə Kamil bildirib.

Digər azərbaycanlı yanğınsöndürən Nail Qailov da bildirib ki, "bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Azərbaycan hər zaman Türkiyənin yanında olacaq".

“Şlanqı götürən kimi 3-5 metr alovun içinə girirlər və canla-başla mübarizə aparırlar. Azərbaycanlı yanğınsöndürənlərin xüsusilə bayraq sevgilərinə də heyran qaldım. Evlərin həyətlərindəki bütün Türkiyə bayraqlarını toplayaraq getdilər. Bir bayrağın belə yanmasına imkan vermədilər”,-Marmaris sakini deyib.

 

Oxunma sayı 3679