Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb, ölən yoxdur.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 823 539 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.
Ölkədə son sutka ərzində 598 , hazırkı dövrədək isə 7 333 740 test aparılıb.