Azərbaycanda “İlin press fotosu” seçilib

16:56 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gilavar Foto Klubunun təşkilatçılığı ilə ötən ildən başlayaraq Azərbaycanda “İlin press fotosu” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində hər il “Azərbaycan press foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, qalib gələn fotolar arasından fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin press fotosu” seçilib.

İkinci dəfə keçirilən müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci, ikinci, üçüncü yer olmaqla seçilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək, eləcə də dəyərləndirməkdir.

Oxunma sayı 231
Media rubrikasından digər xəbərlər