Azərbaycanda bir gündə ikinci dəfə zəlzələ olub

19:45 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Hafta.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 42 km olub.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.