Azərbaycanda bu universitet MMC-yə çevrildi

16:29 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib.

Universitetdən hafta.az-a verilən məlumata görə, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.

 

Xatırladaq ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. Universitet Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 8 kampus və 13 binada fəaliyət göstərir.