Azərbaycanda bütün vətəndaşlar sığortalıdır - Könül Əhmədov

14:26 14.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan respublikasının bütün vətəndaşları sığortalıdır. Hər kəs, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə, TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrinə yaxınlaşıb tibbi xidmət ala bilər. Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Əhmədov "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimindəki çıxışında bildirib:

"Azərbaycan respublikasının əhalisinin hamısı sığortalıdır. Əmək fəaliyyəti ilə məşğul olan sığorta haqqı ödəyir, geri qalan şəxslər isə yox. Məhz bu səbəbdən də, ancaq sığorta haqqı ödəyən vətəndaşlar sığortalanıb anlayışı yanlışdır. Azərbaycan respublikasının vətəndaşı tək şəxsiyyət vəsiqəsini təqdim etməklə, TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrinə yaxınlaşıb tibbi xidmət ala bilər".