Azərbaycanda daha 153 nəfər yoluxub, 6 nəfər vəfat edib

17:19 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 2 302 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2 233 15 nəfər müalicə olunaraq sağalıb, 3 132  nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.