Azərbaycanda daha 30 bağça müdiri vəzifəsindən azad edilib

17:10 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

Oxunma sayı 106