Yazını böyüt
Yazını kiçilt
Bu gün Türk dünyası elm, mədəniyyət və düşüncə sahəsində bir ailə kimi bir araya gələrək ortaq məqsədlər uğrunda fəaliyyətini daha da gücləndirir.
Hafta.az xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən plenar iclasda deyib.
O, Türk dünyasının geniş coğrafiyalara yayılmış böyük bir ailə olduğunu deyib:
"Bizim dilimiz, tariximiz və coğrafiyamız fərqli ola bilər, lakin bu fərqliliklər bizi ayıran divarlar deyil, əksinə ortaq sivilizasiyamızın zənginliyini formalaşdıran dəyərlərdir".