Çimərlik voleybolu üzrə ölkə birinciliyinin VAXTI

15:10 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 4-dən 8-dək qadın və kişi komandaları arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyi təşkil olunacaq.

Hafta.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, yarışın ilkin mərhələsi Bakı Su İdmanı Sarayında, medal uğrunda həlledici qarşılaşmalar isə "Sea Breeze" ərazisində gerçəkləşəcək.

Turnirin qalibi bu il keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.