Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

19:18 05.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hafta.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib. İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.

Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

Oxunma sayı 2612
Sosial rubrikasından digər xəbərlər