ABŞ Dövlət Departamenti Yaxın Şərqdə artan gərginliyi əsas gətirərək, həmçinin potensial təhlükəsizlik təhdidləri, səyahət pozuntuları və ABŞ-ın xaricdəki maraqlarına risklər barədə xəbərdarlıq edərək, Amerika vətəndaşları üçün dünya miqyasında səyahət xəbərdarlığı elan edib.
Hafta.az Amerika mediasına istinadla xəbər verir ki, Dövlət Departamentini bəyanatında bildirilib: “Yaxın Şərqdə artan gərginlik səbəbindən təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya potensialı var. Bölgədəki amerikalılara ehtiyatlı olmağa davam etməyin lazım olduğunu xatırladır və onları son hadisələr üçün xəbərləri izləməyi tövsiyə edirik”.
Dövlət Departamenti dünya miqyasında, xüsusilə Yaxın Şərqdə olan amerikalılara daha çox ehtiyatlı olmağı tövsiyə edib və xaricdəki ABŞ vətəndaşlarını ən yaxın ABŞ səfirliyi və ya konsulluğu tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarına əməl etməyə çağırıb.
ABŞ Dövlət Departament, həmçinin uçuşların ləğvi və vaxtaşırı hava məkanının bağlanmasının səyahətə mane ola biləcəyi barədə xəbərdarlıq edib. Bəyanatda bildirilib ki, Yaxın Şərqdən kənarda yerləşənlər də daxil olmaqla, ABŞ diplomatik obyektləri hədəfə alınıb. Əlavə edilib ki, İranı dəstəkləyən qruplar ABŞ-nin xaricdəki maraqlarını və ya dünyanın hər yerindəki amerikalılarla əlaqəli yerləri hədəfə ala bilər.