“Azərbaycanda həyata keçirilən islahatlar bəhrəsini verir” - Ekspert 

17:33 01.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycanda uğurlu inkişaf müşahidə edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə irəliləyişlər var. Ölkəmizin naliyyətləri və uğurları artdıqca insanların həyat səviyyəsi də yaxşılaşır. Yəni, Azərbaycanda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir”. Bu fikirləri hafta.az-a açəqlamasında iqtisad elmlər doktoru, professor Əli Əlirzayev bildirib.

Ekspert vurğulayıb ki, bu ilin 6 ayında sosial-iqtisadi sahədə əldə olunan nəticələri həyata keçirilən uğurlu islahatların davamı hesab etmək olar: “Məsələn, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb. Eləcə də, inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb. Təbii ki, butun bu addımların kökündə ölkədə aparılan uğurlu islahatlar dayanır. Hesab edirəm ki, qarşıdakı illərdə ölkəmiz sosial-iqtisadi sahədə daha böyük nailiyyətlər əldə edəcək”.