Azərbaycanda ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağan edilir

20:55 12.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahdan hafta.az-a bildirilib ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.