Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb

22:00 16.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 16-na olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 801 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 391 699 test aparılıb. Aktiv xəstə sayı 4 588 nəfərdir, onlardan 133 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.