Azərbaycanda məşhur istirahət mərkəzində partlayış: Yaralılar var

20:02 30.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Novxanı qəsəbəsində yerləşən "Sunset" istirahət mərkəzində dəhşətli partlayış baş verib.

Hafta.az xəbər verir ki, istirahət mərkəzində qaz balonu partlayıb. Partlayış nəticəsində çoxlu yaralılar olduğu bildirilir.Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN əməkdaşları cəlb olunub.Faktla bağlı əlavə məlumat veriləcək./Manset.az