Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarlara 38 mln. manat ödənilib

16:02 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün öz “Twitter“ hesabında paylaşım edib.

“2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 mln. manat vəsait ödənilib”, - paylaşımda bildirilib.

Oxunma sayı 1408