Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları tarixi maksimuma çatıb - Nazir

12:48 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub.

Hafta.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir:

"Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb."