Azərbaycanda yeni dərs ili BAŞLADI

09:00 15.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.

Hafta.az  xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

Bu səbəbdən Elm və Təhsil Nazirliyi Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.