Azərbaycanda zəlzələ olub

22:44 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda zəlzələ qeydə alınıb.

Hafta.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində 52 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.