Azərbaycanda zəlzələ olub

15:00 30.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Oğuz rayonunda 3 maqnitudalı zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar iyulun 30-da yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.