Azərbaycandan gedən 212 nəfər qeydiyyata düşüb

17:31 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 568 nəfər gələn qeydiyyata alınıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) hafta.az-a verilən məlumata görə, Azərbaycandan gedən 212 nəfər qeydiyyata düşüb.

 

Rəsmi məlumata görə, miqrasiya saldosu ölkə üzrə müsbət 356 nəfər təşkil edib.