Azərbaycanın aldığı təyyarələr bu ölkənin DİQQƏTİNİ ÇƏKDİ

12:35 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Pakistandan çoxməqsədli JF-17 qırıcı təyyarələrinin alışı üçün danışıqlar aparır.

Hafta.az xəbər verir ki, hazırda 4 milyard dollarlıq müqavilə üzrə danışıqlar gedir.

Müqavilə Pakistanın Səudiyyə Ərəbistanına olan 2 milyard dollara qədər borcunun bağışlanmasını da əhatə edə bilər.

Xatırladaq ki, dördüncü nəsil qırıcı təyyarəsi olan çoxməqsədli JF-17 Pakistan və Çin tərəfindən birgə istehsal olunur. Azərbaycan  ilkin olaraq Pakistandan bu qırıcıların 24 ədədini alıb. Qırıcı təyyarələr Bakıda keçirilən son hərbi paradda da Bakı səması üzərində uçuş həyata keçirib.