Azərbaycanın nümayəndə heyəti “Siemens Healthineers”nin rəhbərliyi ilə görüşüb

22:35 21.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”nin rəhbərliyi arasında ikitərəfli görüş baş tutub.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, səhiyyə sahəsində mütərrəqi texnologiyalarının, süni intellektin və innovativ nailiyyətlərin Azərbaycan təcrübəsində də tətbiqi mexanizmlərinin imkanları və bu sahənin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.