Azərbaycanın U-17 millisinin rəqibləri müəyyənləşib

14:02 06.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025-ci illər mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

AFFA-dan hafta.az-a verilən məlumata görə, İsveçrənin Nyon şəhərində reallaşan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.