Yazını böyüt
Yazını kiçilt
“Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyumlu hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb”.
Hafta.az-ın xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib:
“İki dövlət, tək millət” anlayışı ilə kədərdə və sevincdə bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”.