Bu gündən Qlobal Sahibkarlıq Həftəsinə start verilib.
Hafta.az-ın yazdığına görə, noyabrın 14-dən 20-dək davam edəcək Həftə çərçivəsində bir qrup azərbaycanlı fermer və istehsalçı İsrailin Azərbaycandakı səfirliyi ilə birgə USAID Özəl Sektorun İnkişafı Layihəsi tərəfindən dəstəklənən İsrailə ticarət missiyasında iştirak edir. İştirakçılar İsrail qida sənayesindən qabaqcıl bilik, bacarıq və avadanlıq istifadəçiləri, habelə təchizatçıları haqqında öyrənəcək və Azərbaycandan tədarüklə maraqlanan alıcılarla görüşlər keçirəcəklər. Ticarət missiyası azərbaycanlı fermerlərə, istehsalçılara və ixracatçılara həm alıcılardan qida keyfiyyəti tələbləri, həm də Azərbaycanda qablaşdırma və istehsalın standartlaşdırılmasının təkmilləşdirilməsi imkanlarını öyrənməyə kömək edəcək.
Son illərdə USAID-in təşkil etdiyi beynəlxalq tanışlıq səfərləri azərbaycanlı fermerlərə və emalçılara fayda verərək təkmilləşdirilmiş becərmə və idarəetmə təcrübələri kimi sübut edilmiş təsirlərlə nəticələnib.