Azərbaycanlı gənc ABŞ-da avtomobildə ölü tapıldı

11:06 23.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həmyerlimiz Amerika Birləşmiş Ştatlarında avtomobilində ölü tapılıb.

Hafta.az xəbər verir ki, hadisə Şimali Karolina ştatında qeydə alınıb.

Seymur Hüseynov adlı azərbaycanlı gənc ötən gün şəxsi avtomobilində ölü vəziyyətdə aşkarlanıb.

Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, S.Hüseynov hələ də Azərbaycan vətəndaşı olub və "Green Card" vasitəsi ilə Amerikaya köçüb.

Artıq hadisə ilə bağlı Azərbaycanın Amerikadakı səfirliyi ilə əlaqə saxlanılıb.

Yaxın günlərdə S.Hüseynovun nəşi ölkəyə gətiriləcək.