Yazını böyüt
Yazını kiçilt
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb.
Hafta.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Məlumata görə ki, ilk qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək.
Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.
Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.