“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 603 milyon tona yaxın neft hasil edilib

16:17 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən noyabrın 1-dək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən hafta.az-a bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb. Bundan noyabrın 1-dək 601 milyon tonu ixraca nəql edilib.

Cari ilin 10 ayı ərzində ölkədə neftin emalı 5,1 milyon ton olub.